"Liverpul" və sağ cinah müdafiəçisi Trent Alexander-Arnold arasında 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı danışıqlar dalana dirənib.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, ingilis klubu 26 yaşlı futbolçunun maaşını əhəmiyyətli dərəcədə artırmaq və onu hücumçu Məhəmməd Salah və mərkəz müdafiəçisi Vircil van Deykdən daha yüksək maaş alan oyunçu etmək istəmir. Hazırda tərəflər arasında əmək müqavilələrinin uzadılması üzərində müzakirələr davam edir.
Daha əvvəl Alexander-Arnoldla "Real Madrid" və PSJ-nin maraqlandığı bildirilmişdi, lakin futbolçu hələ ki, gələcəyi ilə bağlı yekun qərar verməyib.