İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Xatırladaq ki, İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi.
Qeyd edək ki, filmdə keçmiş Qarabağ münaqişəsi ilə bağlı reallıqlar açıq şəkildə təhrif edilib. Filmdə Qarabağda yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejen adlı erməni uşağın hekayəsindən bəhs edilir. Ekran işində həmin uşağın Azərbaycana qarşı döyüşməyə hazırlaşmasından bəhs olunur.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта