RU

Sandunun qələbəsi təsdiqləndi

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunun nəticələrini və hazırkı prezident Maya Sandunun qələbəsini təsdiqləyib.

Azreform.info ” xəbər verir ki, bu barədə seçki qurumunun press-relizində bildirilib.

Mərkəzi Seçki Komissiyası oktyabrın 20-də keçirilmiş prezident seçkilərini baş tutmuş hesab edib və bugünkü iclasında noyabrın 3-də prezident seçkilərinin ikinci turunda səsvermənin nəticələrinin mərkəzləşdirilməsi haqqında protokolu təsdiqləyib.

Beləliklə, seçki məntəqələri seçki komissiyalarının səslərin hesablanması nəticələri haqqında protokolları və hesabatları, həmçinin Mərkəzi Seçki Komissiyasının Seçki Dairəsi Şuraları tərəfindən tərtib edilmiş və təsdiqlənmiş prezident seçkilərinin ikinci turunda səsvermənin nəticələrinin mərkəzləşdirilməsi haqqında protokollar əsasında müəyyən edilmişdir ki, 1 701 333 seçici səsvermə bülleteni almış, səsvermədə 1 701 284 seçici iştirak edib. 1 680 569 etibarlı səsdən Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən irəli sürülmüş namizəd Maya Sanduya 930 139 nəfər, Sosialist Partiyası tərəfindən irəli sürülmüş namizəd Aleksandr Stoyanoqloya isə 750 430 nəfər səs verib. MSK ikinci turda ən çox səs toplamış Fəaliyyət və Həmrəylik Partiyasının namizədi Maya Sandunu seçilmiş elan edib.

MSK üzvləri həmçinin oktyabrın 20-də Moldova Prezidenti vəzifəsinə seçkilərin nəticələri haqqında Hesabatı təsdiq ediblər. Hesabatda prezident seçkilərinin hazırlanması, təşkili və keçirilməsi üzrə fəaliyyətlərin hərtərəfli təsviri öz əksini tapıb.

Hesabat prezident seçkilərinin ikinci turunun yekunlarına dair protokolla birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.(Report)

Избранный
6
10
azreform.info

10Источники