Misli premyer-liqasının 13-cü turunda “Sabah” doğma meydanından”Kəpəz”lə 2:2 hesablı heç-heçə etdi.
“Football-plus.az” xəbər verir ki, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Biz oyuna böyük səhvlə başladıq və qapımızda qol gördük. Belə olan halda oyuna davam etmək bir az çətindir. Amma qısa müddətdən sonra oyunu bərabərləşdirdik və rəqibdən daha yaxşı oynadıq. Demək olar ki,bəxt sayəsindəqol vurduq. Hücum etdiyimizə, rəqibə təzyiq etdiyimizə görə belə qol vura bildik. Bəzən belə olur. Reqibə nisbətən daha yaxşıydıq. Oyunu həll etmək üçün yüz faizlik qol fürsətimiz var idi. 3-cü qolu vuraraq oyunun taleyini həll etməliydik. Qol vura bilmədik.
- Qələbə qazansaydız, oyun sizi qaneedəcəkdi?
- Xeyr, mən onların yanaşmasına görə, heçnə deyə bilmərəm. Əfsuslar olsun ki, 2 səhvə görə qapımızda qollar gördük.
- Son iki oyunda son dəqiqələrdə qol buraxırsız. Komanda fiziki cəhətdən çatdırmır?
-"Zirə" ilə matçda da son dəqiqələrdə qol buraxmışdıq. Fiziki durumla bağlı bir şey deyil. Oyuna daha çox fokuslanmaq lazımdı.
- Son 2 oyuna baxsaq,“Sabah”ın futbolçularıkeyfiyyətlioyun göstərməyə çalışır. Amma son nöqtəni qoya bilmirlər. Futbolçular rəqiblərinə yuxarıdan-aşağı baxır?
- Men elə fikirləşmirəm. Bu, futboldu, belə şeylər olur. Bəzən boş qapıya qol vura bilmirik. Fürsətlərdən istifadə edə bilmirik.
- Burada itirilən xallar növbəti dövrələrdə “Sabah” üçün problem olmayacaqmı?
- Rəqiblərimiz daha aqressiv oynayacaq. Beş oyunda itirdiyimiz xallarla kino çəkmək olar. Hər oyunda yaxşı oynayan tərəf də bizik, xallar itirən də. Bunu şərh etmək çətindir. İtirilən hər xal problem yaradır.
- Oyunun sonuna yaxın qalma-qal baş verdi. Həmin o anı şərh edə bilərsinizmi?
- Xüsusi bir şey olmadı. Futbolda belə hallarçox olur. Xırda mübahisə yaşandı.
- Kəpəz turnir cədvəlinin son pilləsində qərarlşaıb. Sizə elə gəlmirmi ki, komanda oyuna rahat şəkildə çıxmışdı?
- Mən heç kimi meydanda rahat görmədim. Desəm ki,kimsə rahat idi, yanlış olar. Hər kəs qalib gəlmək istəyirdi.
ƏSƏD SEYİDOV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта