RU

Abşeron Milli Parkında növbəti ekoloji tədbir

“Ətraf mühitə qayğı” çağırışı ilə tullantılardan hazırlanmış əl işlərinin Abşeron Milli Parkında sərgisi keçirilir. 

“Apress.az” xəbər verir ki, sərgidə təbiətə qayıdış və etno instalyasiya nümunələri, həmçinin ekoloji təmiz qida  məhsulları nümayiş etdirilir.

Gənc heykəltəraş – instalyator Emil Məcidovun tullantılardan hazırladığı “Yer kürəsi, Qobustan qayası, Lotus gülü” əsəri və digər instalyasiya nümunələri iqlim dəyişmələri ilə mübarizədə gənclərin rolunu, ətraf mühitə qayğı naminə həmrəyliyi,  təbiətlə vəhdəti,   cəmiyyətin məsuliyyətini ehtiva edir.

Sərginin keçirilməsində məqsəd tullantılardan  səmərəli istifadənin və iqlim dəyişikliyi məsələlərinin incəsənətin vizual gücü ilə diqqətdə saxlanılmasıdır.

İctimaiyyəti iqlim dəyişikliyi ilə mübarizəyə və ətraf mühitə qayğı göstərməyə çağıran sərgi noyabrın sonunadək davam edəcək.

Избранный
18
15
apress.az

10Источники