RU

Tramp dövründə ABŞ-da yaşamaq istəməyənlər üçün kruiz təşkil olunur

ABŞ yeni seçilmiş prezident Donald Trampın prezidentlik müddətində ölkədən kənarda qalmaq istəyənlər üçün 4 illik dünya turuna yığım başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı “Business Insider” yayır.

Bildirilir ki, “Skip Forward” turuna Villa Vie Odyssey laynerində yeddi qitənin hamısında 140 ölkəyə səfərlər daxildir. Maraqlananlar 2026-cı ilin payızında Konqresə aralıq seçkilərinin nəticələrindən sonra Birləşmiş Ştatlara qayıdışla “Aralıq Seçkilər” paketini, həmçinin bir və üç illik biletləri əldə edə bilərlər.

Dörd il üçün hər şey daxil variantı olan tək kabinənin qiyməti 255,9 min dollardan, iki nəfərlik otağın qiyməti 319 min dollardan başlayır. Sərnişinlərə fitnes və spa obyektləri, həmçinin nahar və şam yeməyi zamanı spirtli içkilər təklif olunacaq.

Qeyd edək ki, artıq Trampın seçilməsinə etiraz olaraq dünyaca məşhur aktyorlar Riçard Gir və Tom Henks ABŞ-ı tərk ediblər. ABŞ-ın dünyaca məşhur mədəniyyət adamlarının əksəriyyəti Trampın seçilməsini istəmirdilər.

Musavat.com

Избранный
66
1
musavat.com

2Источники