RU

Ağdam Azərbaycanın gözəl şəhərlərindən biri olacaq - Kamaləddin Qafarov

Bakı. Trend:

30 ilə yaxın müddət ərzində davam edən işğal dövründəermənilərin Azərbaycan xalqına qarşı törətmədikləri vəhşiliklərqalmadı. Kütləvi qırğınlar, qətliamlar azərbaycanlıların özdədə-baba yurdlarından deportasiyası, tariximizə, mədəniyyətimizəvə dinimizə qarşı misli görünməmiş təcavüzkarlıq və dağıdıcılıqəməlləri ilə müşayiət olunurdu. İndiyədək Qarabağ, Zəngəzur,həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğmatorpaqlarında etnik təmizləmələrə məruz qoyulub. Xaricijurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdamşəhərinin tamamilə dağıdılması isə hətta II Dünya müharibəsiningedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq vəbarbarlıqdan xəbər verir.

Trend xəbər verir ki, bu sözləri mətbuata Ağdam şəhəri günü iləbağlı verdiyi açıqlamasında Milli Məclisin deputatı KamaləddinQafarov deyib.

Deputat bildirib ki, eyni dağıntılara Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan rayonlarının da şəhər və kəndləri məruz qoyulub:

“Bütün binaların dağıdılmadığı nadir ərazilər isə Şuşa, Laçın vəqismən Kəlbəcər şəhərləri idi. Bunun yeganə səbəbi də odur ki,Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğaledilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşmasiyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və CenevrəKonvensiyasının kobud şəkildə pozulması deməkdir. Böyük təəssüfhissi ilə də olsa etiraf edilməlidir ki, bütün bu cinayətlərfaktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözüqarşısında baş verib”.

Rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə vəxalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davametdiyini vurğulayan deputat bu təhlükəli tendensiyanın arxasındabəzi dünya güclərinin yürütdükləri ikili standartlar siyasətinindurduğunu qeyd edib:

“Münaqişənin tənzimlənməsi məqsədilə vasitəçilik missiyasınıhəyata keçirmək üçün ATƏT-dən mandat alan Minsk Qrupu adlandırılanstruktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrləsəfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasınadağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuzməskunlaşdırılmasının şahidi olublar. Lakin Ermənistan bir dəfə dəolsun bu əməllərinə görə qınanmayıb. Bu isə öz növbəsindəerməniləri daha da azğınlaşdırıb.

1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuşAğdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş,işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağaməcbur olmuşdur. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi,271 mədəniyyət evi, unikal Çörək muzeyi, 67 idarə və 99 klubudağıdılmış və talan edilmişdir. 2010-cu ilin noyabr ayında erməniseparatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonunişğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnikermənini qanunsuz olaraq məskunlaşdırmışdılar”.

K.Qafarov Azərbaycanın müharibəni həm döyüş meydanında, həm dəsiyasi müstəvidə qazandığını qeyd edərək deyib:

“Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlhamƏliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiyanəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarındaapardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatikmüstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətənmüharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən,həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisiAzərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insantələfatının qarşısı alındı.

Bu, Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsindəAzərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamınaəsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Çox yaxıngələcəkdə Ağdam yenidən bərpa edilərək Azərbaycanın gözəl şəhərlərisırasında öz layiqli yerini tutacaq. Möhtərəm dövlət başçımızındediyi kimi, indi Ağdam üçün yeni dövr başlayır. Tezliklə Ağdamrayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrarsənayenin, kənd təsərrüfatının inkişaf etdiyi rayonlarından birinəçevriləcək”.

Избранный
292
10
az.trend.az

6Источники