Kuba sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Qeyd olunur ki, iki saat ərzində Kubada 5,9 və 6,8 bal gücündə zəlzələ qeydə alınıb
Sunami təhlükəsi elan olunmayıb. Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Müəllif: Teleqraf.com