RU

Politico: "İsveçdəki kilsə Rusiyaya casusluqda şübhəli bilinir"

İsveçin Vesteros şəhərindəki pravoslav kilsəsi strateji əhəmiyyətli hava limanı və enerji şirkətləri ilə bağlı casusluq etməkdə şübhəli bilinir. Bu barədə “Politico” məlumat yayıb.

Qeyd edilib ki, Vesteros Stokholmdan 80 km qərbdə yerləşir.

İsveç Müdafiə Universitetinin Rusiya üzrə ixtisaslaşmış tədqiqatçısı Markus Yoransson nəşrə bildirib ki, şəhərdə yerləşən kilsə yaxınlıqdakı hava limanı və sənaye sektoru haqqında məlumat toplamaq üçün istifadə oluna biləcək potensial "mövqe" sayıla bilər. Yoransonun sözlərinə görə, İsveçin müdafiə qüvvələri bu ilin iyununda olduğu kimi hava limanında və ya onun yaxınlığında hərbi təlimlər keçirərkən kilsədəkilərin nəzarəti altında olublar.

Tural

Избранный
30
news365.az

1Источники