RU

Macarıstanlı ekspert COP29-a böyük ümidlər bəsləyir

Regional və enerji təhlükəsizliyi üzrə ekspert, macar politoloq Attila Hargitay AZƏRTAC -a müsahibəsində COP29 iqlim sammitinin Azərbaycanda keçirilməsi faktını yüksək qiymətləndirib.

Dövlətimizin paytaxtında dünya ekspertlərinin, siyasətçilərinin, ekoloqlarının iştirakı ilə keçirilən hazırkı konfransın əhəmiyyəti ilə bağlı sualı cavablandıraran ekspert qeyd edib ki, bu mötəbər tədbir iqlim siyasətinin maliyyə tərəfinin işlənib hazırlanması məsələsində həlledici rola malikdir. O əlavə edib: "Mənim böyük gözləntilərim var. Bu günə qədər hamı yalnız bəşəriyyətin üzləşdiyi təhlükə və risklərdən danışırdı. Amma danışmaq yetərli deyil! Fəaliyyət göstərmək vaxtıdır. Bu istiqamətdə ilk addım dövlətlərin iqlim gündəliyinə töhfə verməyə hazır olmasıdır. Bu baxımdan, əlbəttə ki, xüsusən iri sənaye dövlətlərinə və dünya güclərinə böyük ümidlər bəslənilir”.

Hargitaya görə, iqlim dəyişikliyi təsadüfən başlamayıb. “Bu həyəcanverici prosesin təhrikçiləri və belə desək, öz “günahkarları” var. Biz icazə verə bilmərik ki, üçüncü dünyanın ən yoxsul ölkələri əziyyət çəkdiyi halda, transmilli korporasiyaların milyardlar qazanmağa davam etsin. Əgər siz planeti çirkləndirir və karbon qazı emissiyasının mənbəyisinizsə, o zaman sizin dövlətiniz digərlərindən daha çox töhfə verməlidir", - deyə ekspert vurğulayıb.
Избранный
17
sherg.az

1Источники