RU

Beynəlxalq karbon bazarlarının işə başlaması zəruridir - Saymon Stil

Bakı. Trend:

İqlim dəyişmələrinin qarşısının alınması səylərinisürətləndirmək üçün beynəlxalq karbon bazarlarının fəaliyyətəbaşlaması zəruridir.

Trend xəbər verir ki, bubarədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasınınicraçı katibi Saymon Stil Bakıda BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışında bildirib.

"Məhz burada, Bakıda, Paris Sazişinin 6-cı maddəsinə dairrazılaşmanı tamamlamaqla beynəlxalq karbon bazarlarınınfəaliyyətinə başlamalıyıq", - S.Stil vurğulayıb

O, həmçinin, Dubayda COP28 çərçivəsində götürülən öhdəliklərəəsaslanaraq, iqlim dəyişikliklərinin qarşısının alınması üçünsəylərin davam etdirilməsinin vacibliyini qeyd edib.

"Biz Dubayda razılaşdırılmış hədəflərin həyata keçməsi üçüniqlim dəyişmələrinin qarşısının alınması yolunda irəliləməliyik", -o bildirib.

S.Stil əlavə edib ki, dünya ictimaiyyəti qlobal istiləşməni1,5°C ilə məhdudlaşdırmaq hədəfinin əlçatmaz olmasına imkanverməməlidir:

"Hətta temperatur yüksəlsə belə, razılaşmalarımıza əməledilməlidir".

O, həmçinin, bildirib ki, 2024-cü ildə təmiz enerji və ekolojiinfrastruktur sahəsinə yatırılacaq investisiyaların həcmi 2 trilyondollara çatacaq ki, bu da qalıq yanacaqlara yatırımlardan təxminən2 dəfə çoxdur.

"Təmiz enerji keçidi və iqlim dəyişmələrinə uyğunlaşma prosesidayandırılmayacaq. Bizim məqsədimiz bu prosesi sürətləndirmək vəonun geniş faydalarını bütün ölkələr və xalqlara çatdırmaqdır", - odeyib.

Qeyd edək ki, bu gün Bakıda COP29 konfransı rəsmi olaraqbaşlayıb. 11-22 noyabr tarixlərində davam edəcək bu tədbir dünyaliderlərini, siyasətçiləri və iqlim üzrə ekspertləri iqlimdəyişmələri ilə bağlı təcili problemləri müzakirə etmək üçün biraraya gətirir. Gündəlikdə iqlim maliyyələşdirilməsi, emissiyalarınazaldılması hədəfləri və qlobal əməkdaşlıq məsələləri dayanır.COP29-un nəticələri planetin gələcək iqlim strategiyasınınformalaşmasına mühüm təsir göstərəcək.

Məqalədə:
Избранный
59
4
az.trend.az

5Источники