ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp dövlət başçısı kimi fəaliyyətə başladığı ilk həftədə hazırkı Amerika lideri Co Baydenin fərmanlarını ləğv edəcək. Onun andiçmə mərasimindən sonra atacağı ilk addımlar haqda kampaniyasının mətbuat katibi Caroline Leavitt "Fox News"a müsahibəsində danışıb."Bu, Bayden və onun vitse-prezidenti Kamala Harrisin ilk Tramp administrasiyasının effektiv siyasətindən uzaqlaşmaq üçün imzaladıqları bütün icra sərəncamlarının ləğvi olacaq" - deyə Leavitt bildirib.O, qeyd edib ki, Baydenin vəzifədə olduğu müddətdə imzaladığı 94 icra sərəncamı ölkənin cənub sərhədində iqtisadi böhrana səbəb olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта