RU

Avstraliyalıların köləliklə mübarizəsi başladı

Avstraliya hökuməti ölkə tarixində ilk dəfə köləliklə mübarizə üzrə xüsusi komissar vəzifəsi təsis edib. Bu vəzifəyə "Walk Free" beynəlxalq insan hüquqları təşkilatının rəhbəri Kris Evans təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bəyan edilib.

Bildirilib ki, Avstraliyanın ilk köləliklə mübarizə komissarı dekabrın 2-də işə başlayacaq və onun səlahiyyət müddəti beş il olacaq.

"Müasir köləlik məcburi nikahlar, məcburi əmək, aldatma yolu ilə işə cəlb etmə və borc asılılığı kimi təcrübələr də daxil olmaqla, insan alveri və istismarın bir çox növünü əhatə edir. Köləliklə mübarizə komissarı hökumətin bu hadisənin qarşısının alınması istiqamətində işini istiqamətləndirəcək və əlaqələndirəcək, həmçinin köləlik qurbanlarına dəstək göstərəcək", - deyə Dreyfus bildirib.

O, həmçinin qeyd edib ki, Avstraliya hakimiyyəti yeni komissar və onun ofisinin işinin təmin edilməsi üçün 5.3 milyon dollar (təxminən 9 milyon manat) ayırıb.

Избранный
3
1
ikisahil.az

2Источники