Ukrayna Hərbi Kəşfiyyatı (GUR) xəbər verir ki, Moskva vilayətində Mi-24 hücum helikopteri məhv edilib.
“Noyabrın 9-dan 10-na keçən gecə Moskva vilayətindəki Klin-5 aerodromunda Rusiyanın Mi-24 hücum helikopteri məhv edilib. Yandırılan helikopter Ordu Aviasiyasının 344-cü Döyüş Məşğulluq və İxtisasartırma Mərkəzinin 92-ci eskadrilyasına məxsus olub”, - deyə idarədən bildirilib.
Ukrayna kəşfiyyatı vertolyotun niyə “məhv edildiyini” dəqiqləşdirmir və bəyanatını noyabrın 10-a keçən gecə baş verən kütləvi dron hücumu ilə əlaqələndirmir. Rusiya Müdafiə Nazirliyi Klinski rayonundan uzaqda yerləşən Ramenski rayonu üzərində 34 pilotsuz təyyarənin vurulduğunu bildirib.
Miri