Bakı. Trend:
Ənənəvi biliklər daha davamlı dünya üçün vacibdir.
Trend-inməlumatına görə, bunu ekoloq və jurnalist Tyrell Gittens"Fəaliyyətdə birlik: Davamlı Karib adaları üçün müxtəlif nəsillərinsəsləri" mövzusunda panel müzakirəsində deyib.
"Karib hövzəsində biz iqlim dəyişikliyi ilə bağlı bir neçəböhranla üzləşirik. Təbii ki, icmalar daşqınlar, quraqlıqlar və s.kimi ekstremal hava hadisələrindən təsirləndikdə iqlimə davamlılığıartırmaq üçün bir sıra fəaliyyətlərimiz var. İnanıram ki, ənənəvibiliklər cəmiyyət olaraq iqlim dəyişikliyinə qarşı daha davamlıolmaq üçün necə irəliləyəcəyimiz üçün əsas kimi çox vacibdir", - obildirib.
Onun sözlərinə görə, davamlılıq konsepsiyaları cəmiyyət üçünyeni bir şey kimi qəbul edilə bilər, amma əslində onlar uzunmüddətdir ki, mövcuddur.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.