RU

Hakimi döyən klub prezidenti həbs olundu

"Ankaragücü" klubunun keçmiş prezidenti Faruk Koca həbs edilib.
 
Türkiyə mətbuatı xəbər verir ki, matçda hakim Halil Umut Melərə hücum edən Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb.
 
Kocaya verilən cəzaların elanının təxirə salınmasına qərar verilib.
 
Qeyd edək ki, 2023/24 mövsümündə Türkiyə Superliqasının XV turunun "Ankaragücü" - "Rizəspor" oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
 
Bu hadisələrdən sonra Koca paytaxt komandasındakı vəzifəsindən istefa verib. /milli.az/

Избранный
38
4
moderator.az

5Источники