RU

İranda silahlı hücum nəticəsində 5 zabit həlak olub

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Seravan şəhərində baş verən hücumda 5 yerli təhlükəsizlik zabiti həyatını itirib.

"Cebheinfo.az" “Tesnim” agentliyinə istinadən xəbər verir ki, Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Seravan şəhərində Bəsic kimi tanınan İnqilab Keşikçiləri Ordusuna daxil olan yerli təhlükəsizlik qüvvələrinə hücum edilib.

Hücumda Bəluc əsilli 5 İranlı yerli təhlükəsizlik işçisi həyatını itirib.

Hücum edənləri tutmaq üçün bölgəyə qrupların göndərildiyi bildirilib.

Xatırladaq ki, oktyabrın 26-da İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Teftan bölgəsində bölgədə fəaliyyət göstərən “Ceyş əl-Adl” adlı təşkilat tərəfindən patrul xidmətində olan sərhədçilərə hücum edilmişdi. 10 mühafizəçi həlak olmuşdu.

Hücumdan sonra İran bölgədə genişmiqyaslı əməliyyata başlamışdı.

Əməliyyatlar zamanı çoxlu sayda təşkilat üzvünün öldürüldüyü, bəzilərinin isə əsir götürüldüyü bildirilmişdi.

Избранный
46
cebheinfo.az

1Источники