RU

Azərbaycanın zəngin iqtisadi potensialı əlaqələrin genişləndirilməsi üçün perspektivlər yaradır - AYİB-in birinci vitse-prezidenti (FOTO)

Bakı. TurkicWorld

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, görüş zamanı yaşıl iqtisadiyyatın təşviqi sahəsində nəzərdə tutulan layihələrə, aşağı karbon həllərinə keçid istiqamətində əməkdaşlıq və dövlət-özəl tərəfdaşlığın gücləndirilməsini dəstəkləyən təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi, ölkəmizin qlobal iqlim fəaliyyətində fəal iştirakı və AYİB ilə müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələri qeyd olunub. Vurğulanıb ki, yaşıl iqtisadiyyatın təşviqi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm yer tutur. Görüş zamanı yaşıl iqtisadiyyat, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə, dövlət-özəl sektor tərəfdaşlığına dəstək, infrastruktur layihələrinin icrası və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi üçün atılması lazım olan addımlar müzakirə edilib. Enerji sektorunda aşağı karbon həllərinə keçid istiqamətində əməkdaşlığın şaxələndirilməsinin vacibliyi qeyd edilib. COP29 çərçivəsində Azərbaycan ilə AYİB arasında tərəfdaşlığı gücləndirəcək platformaların perspektivləri müzakirə edilib.
AYİB-in Birinci vitse-prezidenti Yurgen Riqterink Bankın ölkəmizlə səmərəli əməkdaşlığını və COP29 çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın zəngin iqtisadi potensialı əlaqələrin genişləndirilməsi üçün perspektivlər yaradır və Azərbaycan Bankının dəstəyi bundan sonra da davam edəcək.

Tərəflər Azərbaycan-AYİB əlaqələrinin davamlı inkişaf üçün faydaları və iqlim dəyişikliyi ilə mübarizə üzrə səmərəli tədbirlər, eləcə də birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Избранный
55
2
turkic.world

10Источники