Bu ilin üçüncü rübündə qlobal çip satışı ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artaraq 166 milyard dollar təşkil edib.
HİT.az xəbər verir ki, bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyası məlumat yayıb.
Bu, 2016-cı ildən bəri ən böyük artım olub. Bu ilin ikinci rübü ilə müqayisədə isə satışlar 10,7% artıb.
Sentyabrda qlobal çip tədarükü keçən ilin eyni ayı ilə müqayisədə 23% artaraq 55,3 milyard dollar təşkil edib.