RU

Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının nazirləri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.

Nazirlikdən "Operativ Media"a bildirilib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər ölkələrimizin iqtisadi əlaqələrinin təşviqi üçün mövcud imkanları nəzərdən keçirib, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə fəaliyyətin prioritetləri üzrə təkliflər irəli sürülüb.

Избранный
7
1
operativmedia.az

2Источники