Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino bu gün – noyabrın 11-də Azərbaycana səfərə gəlib.
Arena.az xəbər verir ki, FIFA prezidenti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Bakıya təşrif buyurub.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, COP29 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.