RU

Əli Əsədov UNICEF-in icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirildi.

Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirildi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olundu.

Избранный
31
21
operativmedia.az

10Источники