RU

ABŞ bu istiqamətdə hücuma hazırlaşır - Patruşev

Amerikalılar və Britaniyalılar bütün dünyanı kommunikasiya ilə təmin edən kabellərə hücum hazırlayırlar.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “Kommersant”a müsahibəsində bildirib.

O bildirib ki, mövcud məlumatlara görə, amerikalılar və ingilislər “Şimal axını”nda təxribat törətməyi öz iqtisadi maraqlarını təmin etmək üçün bir yol hesab edirlər. Odur ki, yeni infrastruktur layihələr, o cümlədən bütün dünyada rabitəni təmin edən dəniz fiber optik kabellər onların hücumuna məruz qala bilər.

“Şimal axını”nda terror aktı ilə bağlı maraqlı detallar ortaya çıxır. Hətta Danimarka dəniz səlahiyyətliləri bir gün əvvəl Amerika gəmilərinin partlayışlar bölgəsində olduğunu gizlətmirlər. Eyni zamanda hər kəs bilir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin dənizin dərinliklərində terror aktı törətmək üçün nə texnikası, nə də təlim keçmiş mütəxəssisləri var. Belə miqyasda təxribatı yalnız NATO ölkələrinin xüsusi təyinatlı bölmələri həyata keçirə bilərdi. Məlumdur ki, Amerika və Britaniya kəşfiyyat xidmətlərinin belə döyüş avadanlıqları var. Buna görə də Almaniya kansleri Şoltsun ukraynalıları təxribatda ittiham edərək guya qərəzsiz araşdırma aparmağa çağırması absurd səslənir”, – Patruşev vurğulayıb.

Избранный
9
5
axar.az

6Источники