RU

BAMF-in prezidenti: Qlobal iqlim böhranının qarşısının alınmasında QHT-lərin rolu vacibdir

Hazırda dünyanın diqqəti Azərbaycandadır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal miqyasda karbon emissiyasının azaldılmasına yönəlik əhəmiyyətli platformadır. Bu tədbir yalnız dövlət rəhbərləri və diplomatlar arasında deyil, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları (QHT) və müxtəlif sektorlardan mütəxəssislər arasında da geniş müzakirələrə yol açır. Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə kənd təsərrüfatı, su idarəçiliyi və qida təhlükəsizliyi kimi əsas sahələrdə qeyri-hökumət təşkilatlarının rolu vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

Избранный
31
2
demokrat.az

3Источники