RU

Yuri Syomin: “Aleksey Mirançuku təbrik etməliyik”

Tanınmış mütəxəssis Yuri Syomin “Atlanta Yunayted”in rus yarımmüdafiəçisi Aleksey Mirançukun ABŞ klubundakı çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, vaxtilə Azərbaycanda “Qəbələ”ni də çalışdırdmış təcrübəli məşqçi Mirançukun “İnter Mayami” üzərində qələbəyə (3:2) və MLS-in pley-off mərhələsinin 1/4 finalına vəsiqə qazanmasında həlledici məhsuldar ötürmələri ilə töhfəsini verməsinə münasibətini açıqlayıb:

“Biz Lyoşanı təbrik etməliyik. Bu, onun üçün böyük uğurdur. Belə bir oyunda dünyanın bir vaxtlar ən yaxşı oyunçuları üzərində qələbə qazanılması çoxlu diqqət cəlb edəcək. Seçim artıq edilib, indi uğur qazanmaq gərəkdir. “İnter Mayami” üzərində qələbə son nəticə deyil, komanda tərəqqi edir, irəliləyir”.

Yuri Syomin həm də hesab edir ki, “Atlanta Yunayted”in rus yarımmüdafiəçisi Avropaya qayıtmaq imkanını nəzərdən keçirməməlidir. MLS-ə keçməzdən əvvəl Mirançuk “Atalanta” üçün əhəmiyyətli oyunçu idi və indi də MLS-də öz adından söz etdirir.

“Mirançuk niyə Avropaya qayıtmalıdır ki, buna ehtiyac varmı? İndi onun ABŞ klubu ilə müqaviləsi var, orada oynayır. Sonra isə bəlkə Rusiyaya da qayıdacaq”.

Xatırladaq ki, “Atlanta Yunayted” Aleksey Mirançuku bu ilin yayında İtaliyanın “Atalanta” klubundan 12 milyon avro qarşılığında heyətinə qatıb. 28 yaşlı rusiyalı futbolçu MLS təmsilçisi ilə 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalayıb. Anlaşmada müqavilənin müddətinin daha bir il uzadılması şərti də nəzərdə tutulub. Mirançuk indiyə qədər “Atlanta”da 13 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

Mirançuk daha öncə İtaliyada “Torino” və “Atalanta”da forma geyinib. Yetirməsi olduğu Moskva “Lokomotiv”ində də oynamış yarımmüdafiəçi, Rusiya yığmasında 45 oyuna 7 qola imza atıb, 7 assistlə yadda qalıb.

Избранный
22
arena.az

1Источники