RU

PGMOL Kloppu təhqir edən ingilis hakimi cəzalandırdı - VİDEO

İngiltərə Premyer Liqasının hakimi Devid Kut "Liverpul"u və komandanın keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi üçün cəzalandırılıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport News" yayıb. 

Premyer Liqa matçlarında hakimlərin işinə cavabdeh olan Professional Game Match Officials Limited (PGMOL) yayılan videoyla bağlı araşdırmaya dərhal başlayıb və Kutu hakimlikdən qeyri-müəyyən müddətə kənarlaşdırıb.

Telefonla lentə alınan videoda Kut dostu ilə söhbətdə "Liverpul"u axmaq adlandırıb, Kloppu isə daha kobud formada təhqir edib. Videonun sonunda Kut səs yazısını heç bir yerə yerləşdirməməyi xahiş edib. Əvvəl montaj olduğu güman edilən, lakin britaniyalı hakimin etirafından sonra orijinal olduğu müəyyənləşən videonun nə vaxt və hansı şəraitdə çəkildiyi açıqlanmır. Ancaq Kut videoda dördüncü hakim kimi çalışdığı "Liverpul"un 2020-ci ildə "Börnli" ilə matçda Kloppun davranışından narazılıq edib. 

 

Qeyd edək ki, 42 yaşlı Kut noyabrın 9-da Premyer Liqanın 11-ci turunda “Liverpul”un “Aston Villa” ilə matçını (2:0) idarə edib.

Mirağa

Избранный
22
fanat.az

1Источники