Bakı. Trend:
Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır.
Trend xəbər verir ki, bunuAtom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoruRafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərəbildirib.
"Bu konfrans ilin ən önəmli konfranslarından biridir. COP29zamanı yeni razılaşmalara nail olmaq və keçən il Dubayda qəbuledilmiş vacib öhdəliklərin icrasına başlamaq üçün böyük ümidlərvar. Burada iştirak etməkdən məmnunuq, çünki nüvə enerjisi butədbirdə xüsusi rol oynamalıdır", - Rafael Qrossi deyib.
AEBA-nin rəhbəri dekarbonlaşmış gələcəyə keçid üçün tədricən vəbalanslı yanaşmanın vacibliyini də qeyd edib.
"Beynəlxalq konsensus ondan ibarətdir ki, keçid nizamlıolmalıdır və ölkələr öz həll yollarını tapmalıdırlar. Burada anihəllər yoxdur. Enerji balansının seçilməsinə təsir edən iqtisadi,sosial, əmək və digər aspektləri nəzərə almaq vacibdir. Nüvəenerjisi getdikcə daha böyük rol oynamalıdır. Buna görə buradayıq",- o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.