RU

QHT-lər iqlim böhranına qarşı

Dünən COP29-un Yaşıl Zonasında yerləşən Milli QHT Forumu pavilyonunda Beynəlxalq Avrasiya Mətbuat Fondu “İqlim böhranında QHT-lərin rolunun gücləndirilməsi: kənd təsərrüfatının davamlılığı, su idarəçiliyi və qida təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel təşkil edib.

Müzakirədə Avropada iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq və hökumətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyi, ekoloji böhranın təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının, qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, iqlim dəyişikliklərinin postmünaqişə ərazilərində kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirləri və digər mövzularda çıxışlar dinlənilib.

Paneldə yerli və beynəlxalq ekspertlər, QHT-lər iştirak ediblər.

Sonda suallar cavablandırılıb.

XQ

Избранный
16
6
xalqqazeti.az

7Источники