RU

Hər gün xiyar yesək, orqanizmdə nə baş verər? - 8 inanılmaz fayda

Xiyarın sağlamlıq üçün inanılmaz faydaları var. Xiyar pəhrizlərin və detoks sularının əvəzolunmaz tərkib hissələrindən biridir. Aperatif olmaqla yanaşı, çox sağlam qidadır.

Milli.Az teleqraf.com-a istinadən xiyarın sağlamlıq üçün 8 mühüm faydasını təqdim edir:

1. Qidalandırıcıdır

- Xiyarın əhəmiyyətli bir hissəsi sudan ibarətdir. Buna görə də yağ və kalorisi azdır. C və K vitaminlərinin qaynağı olan xiyar bizə bir çox qida faydaları təmin edir. Arıqlamaq istəyirsinizsə, xiyar istehlakı sizə kömək edəcək.

2. Xərçəngə qarşı qorunmanı təmin edir

- Xiyar güclü antioksidantlardan biridir. Xərçəng riskini artıran sərbəst radikallarla mübarizə aparan xiyar xərçəngə qarşı güclü qoruma təmin edir. Buna görə də gündəlik qida rasionunuza xiyar daxil etmək faydalıdır.

3. Su ehtiyacını ödəyir

- Xiyarın tərkibində 96% su var. 1 xiyar yemək 1 stəkan su içməyə bərabərdir. Əgər su içməyi unutmusunuzsa, gün ərzində ən azı 2 xiyar istehlak etməyə çalışmalısınız.

4. Bədəni təmizləyir

- Detoks reseptlərini araşdırdığınız zaman xiyarın əksər reseptlərə daxil olduğunu görmüş ola bilərsiniz. Sidikqovucu təsiri olan xiyar həm də ağciyər, bağırsaq və qanınızdakı toksinlərin təmizlənməsində çox təsirlidir.

Ətraflı

5. Arıqlamağa kömək edir

- Lifli meyvələrdən biri olan xiyar pəhrizlərdə çox faydalı qidadır. Pəhriz siyahısına rahatlıqla əlavə edə biləcəyiniz bu tərəvəz, ödəmi aradan qaldıran xüsusiyyəti ilə arıqlama prosesinizi sürətləndirəcək. Onu salatlarınıza əlavə və ya qəlyanaltı olaraq istifadə edə bilərsiniz.

6. Sümükləri gücləndirir

- Tərkibindəki yüksək K vitamini sayəsində xiyar sümük sağlamlığına faydalı qidalardan biridir. Sümükləri gücləndirərkən qanın laxtalanmasına kömək edən xiyar bu faydasına görə uşaqlar tərəfindən istehlak edilməlidir. Bundan əlavə, menstruasiya zamanı xiyar istehlakı qadın sağlamlığı üçün çox faydalı olacaq.

7. Dəriyə qulluqda təsirlidir

- Hər kəs xiyarın dəri üçün faydalı olduğunu bilir. Xiyarı qida olaraq istehlak etdiyimiz zaman belə dərimiz üçün böyük faydaları var. Buna görə də birbaşa dərinizə tətbiq ilə xiyar müalicəsi etməklə dərinizdə olan sızanaqlardan tezliklə yaxa qurtara bilərsiniz.

8. Baş ağrılarını aradan qaldırır

- Baş ağrıları əsasən orqanizmin susuz qalması səbəbindən baş verir. Xiyarda yüksək su miqdarının olması bu problemi minimuma endirəcək. Başınız ağrıyanda bol su içməli və xiyar istehlak etməlisiniz.

Milli.Az

Избранный
6
4
milli.az

5Источники