RU

Tərəflər inanır ki, bu konfransda tələblərə uyğun addım atılacaq - Saymon Stil

Bakı. Trend:

COP29-dan gözləntilər çoxdur. Tərəflər inanır ki, bu konfransdatələblərə uyğun addım atılacaq.

Trend xəbər verir ki, bubarədə COP29 zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icraçı katibi Saymon Stil mətbuat konfransındaçıxış edərkən bildirib.

"Ölkələrin dəstəyinin daha da artacağını düşünürük. Özəl sektormaliyyələşmənin əsas tərəfi kimi cəlb oluna bilər. Təbii ki, digərgəlir mənbələri də buraya cəlb olunacaq”, - deyə o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
50
az.trend.az

1Источники