RU

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb (FOTO)

Bakı. Trend:

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Başdirektoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarəHeyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade PortConsruction and Operation Co Ltd”-nin Baş direktoru Yuan Xiaojunliman ərazisində yeni İntermodal Yük Terminalının inşası üçünmüəssənin yaradılmasına dair Saziş imzalayıblar.

Trendxəbər verir ki, imzalanma mərasimində, Azərbaycan İnvestisiyaHoldinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və Qazaxıstanın“Samruk-Kazyna” fondunun idarə heyətinin sədri Nurlan Jakupov daiştirak edib.

Mərasim, Azərbaycanda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində keçirilib.

Bu sazişin məqsədi, Ələt qəsəbəsində yerləşən Bakı Limanındayükaşırma həcminin artırılması və inkişafı məqsədilə ilk dəfə yeniİntermodal Yük Terminalının tikintisi həyata keçirilməsidir. Layihəçərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturununyaradılması və inkişafı nəzərdə tutulur.

Bakı Limanının geniş infrastruktur imkanları, Qazaxıstan DəmirYollarının bütövlükdə Orta Dəhliz üzrə xidmətləringöstərilməsindəki mühüm əhəmiyyəti, “Xi'an Free Trade Port”şirkətinin Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının təşkilivə göndərilməsindəki sürəti nəzərə alındıqda bu sazişin hər üç ölkəüçün böyük logistik əhəmiyyət daşıdığını görmək olur. Sazişin birdigər üstünlüyü isə Çin-Avropa marşrutu üzrə Orta Dəhlizləgöndərilən konteyner qatarlarının həcminin daimi artımı, boşaldılmavaxtının azaldılması, daşımaların dəyərinin aşağı salınması,yenidən yükləmə vaxtının minimumlaşdırılması və yük daşımalarınınhəcminin sabit artması olacaq.

Azərbaycan,
Azərbaycan,
Azərbaycan,
Azərbaycan,
Azərbaycan,
Избранный
11
12
az.trend.az

10Источники