RU

COP29-un Yaşıl Zonasında "Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə Yaşıl Zonada "Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu əlavə tədbir iqlim təsirlərinin azaldılmasını idarəedən müəssisələrin mühüm rolunu və onların qlobal xalis sıfır məqsədlərinə uyğunlaşdırılmasını diqqət mərkəzinə gətirdi.
Tədbirdə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov, ABB-nin idarə heyətinin sədr müavini Taleh Tahirli, "Spiro"nun həmsədri Kauşik Burman, "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl, "Deloitte" şirkətinin "Green Space Tech" təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres çıxış etdilər. Çıxışlar zamanı onlar əsasən korporativ dayanıqlılıq təcrübələrinin qlobal iqlim səylərini necə əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyindən danışdılar.
Həmçinin nümunəvi korporativ öhdəlikləri nümayiş etdirən aşağı karbon emissiyalı əməliyyatlar, dayanıqlı təchizat prosesləri və yaşıl texnologiya sahəsində innovasiyalara keçid müzakirə mövzusu oldu.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın
Избранный
20
45
oxu.az

10Источники