Moldova müxalifəti Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) respublikada keçirilən Avropa referendumunun nəticələrinə və mahiyyətinə görə şikayət edəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə moldovalı müxalif siyasətçi İlan Şor öz Telegram kanalında bildirib.
“Suallarımız çoxdur. Biz artıq Moldova Konstitusiya Məhkəməsinə müraciət etmişik, lakin hakimiyyətin nəzarətində olan qurum bizə rəsmi cavab verib. Moldova prezidenti Maya Sandu və onun ətrafı vətəndaşların hüquqlarını kobud şəkildə tapdalayıblar. Qoy Avropa Məhkəməsi bu “ədaləti” görsün”, - deyə müxalifətçi bildirib.
O qeyd edib ki, referendumla bağlı səsvermə pozuntularla keçirilib və hakimiyyət Avrointeqrasiya əleyhdarlarına təzyiq göstərir.
Musavat.com