RU

Türkiyə və Mərkəzi Asiya ölkələrinin fəal iştirakı…

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurları və təşəbbüsləri yüksək qiymətləndirilir

Azərbaycan yaşıl enerjiyə keçid və iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində atdığı addımlar ölkəmizin daxili inkişafına, beynəlxalq çağırışlara mühüm dəstək olmaqla yanaşı, həm də regionda və beynəlxalq arenada əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə yol açır. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədəki uğurları və təşəbbüsləri isə həm də dost və tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Bu mənada, Azərbaycanın əsas tərəfdaşlarından olan Türkiyə və Mərkəzi Asiya ölkələri ölkəmizin bu sahə üzrə verdiyi töhfələrə xüsusi diqqət yetirir…

Yaşıl hədəflər…

Bəli, Azərbaycan, xüsusilə son illərdə iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq səviyyədə bir çox təşəbbüsləri ilə yadda qalıb. Dövlətimiz COP28-də qəbul edilən "İqlim Şəhərləri" platformasında aktiv iştirak edir və ölkənin iqtisadiyyatının karbonsuzlaşdırılması üçün mühüm addımlar atır. Azərbaycan, həmçinin "Yaşıl Enerji" keçidini dəstəkləyən mühüm layihələrə imza atır. Azərbaycanın bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahələrində müəyyən etdiyi məqsədlər çoxşaxəlidir. Yaşıl iqtisadiyyat və ekoloji bərpa istiqamətində addımlar atılır, xüsusən də 2030-cu ilədək karbon izinin azaldılması üzrə mühüm hədəflər müəyyənləşdirilir. Yaşıl enerji istehsalının genişləndirilməsi isə xüsusilə regional əməkdaşlığa yeni rəng qatır. 

Konkret layihələr, mühüm perspektivlər …

Türkiyənin və ümumilikdə Mərkəzi Asiya ölkələrinin Azərbaycanın yaşıl iqtisadiyyat sahəsindəki təşəbbüslərinə verdiyi dəstəyə gəlincə, bu ölkələrin təcrübə mübadiləsi və texnoloji tərəfdaşlıq sahələrindəki birgə fəaliyyəti prosesə mühüm sürət qazandırır. Xüsusilə Türkiyənin və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji və ekoloji dayanıqlılıq mövzusunda əməkdaşlıq etdikləri konkret layihələr mövcuddur ki, bu layihələr gələcək inkişafla bağlı mühüm perspektivlər yaradır. Məsələn, Orta Dəhloizdə yüklərin daşınması üzrə rəqəmsallığın təmin edilməsi kimi ortaq layihələr gələcək üçün mübadilə potensialının daha  da genişləndirilməsini hədəfləyir.

Ölkəmizin ən yaxın tərəfdaşlarından sayılan Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərabycanın təqdim etdiyi COP29 təşəbbüsünə verdiyi dəstək isə olduqca təqdirəlayiqdir. Mərkəzi Asiya regionunun iqlim dəyişikliyi ilə mübarizədə xüsusilə həssas bölgə olaraq qarşılaşdığı çətinliklər və bu çətinliklərin aradan qaldırılması istiqamətində atılan müştərək addımlar məsələnin vacibliyi kontenkstini daha geniş şəkildə öz önünə gətirir. Bu ölkələrin birgə fəaliyyətləri isə beynəlxalq iqlim siyasətində əhəmiyyəti yer tutur - bu əməkdaşlıq həm regional, həm də qlobal miqyasda ətraf mühitin qorunması üçün xüsusi töhfələr vəd edir. 

Azərbaycanın yaşıl gündəliyi mühüm dəstək qazanır

Qeydl edildiyi kimi, Azərbaycan, son illər ərzində qlobal ekoloji məsələlərə və iqlim dəyişikliyinə qarşı mübarizəyə fokuslanmış bir sıra mühüm təşəbbüslərlə yadda qalıb. Bu təşəbbüslərin ən mühümləri yaşıl iqtisadiyyatın qurulması, bərpa olunan enerji sahəsinə keçid və karbon emissiyalarının azaldılması kimi məqsədləri özündə ehtiva edir. Azərbaycanın yaşıl gündəliyi, həm regional, həm də beynəlxalq səviyyədə mühüm dəstək qazanır və xüsusilə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə bu sahədə səmərəli əməkdaşlıq yaradılıb. Azərbaycan enerji sektorunda ənənəvi fosil yanacaqlardan asılılığını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid prosesində israrlıdır - bu istiqamətdə qəbul olunan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri" sənədində ekoloji təmiz enerji istehsalının artırılması, yaşıl iqtisadiyyatın təşviqi və ətraf mühitin qorunması üçün müvafiq tədbirlər müəyyən edilib.  Dövlətin bu sahədəki prioritetləri arasında külək enerjisi, günəş enerjisi və su elektrik stansiyalarının genişləndirilməsi yer alır.

Azərbaycanın həyata keçirdiyi bu transformasiya isə qeyd edildiyi kimi, yerli iqtisadiyyata yanaşı, həm də regional və beynəlxalq əməkdaşlığa istiqamətlənib. Xüsusilə Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycana verdiyi dəstək, bu dəyişiklikləri daha da sürətləndirir və müsbət nəticələr əldə edilməsi üçün zəmin yaradır. 

Regionda yaşıl enerjinin inkişafı üçün əhəmiyyətli addım…

Türkiyə və Mərkəzi Asiya ölkələri, Azərbaycanın yaşıl enerjiyə keçidini yüksək qiymətləndirərək, bu prosesdə aktiv iştirak etməkdədirlər. Türkiyə, xüsusilə özünün bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycana təqdim edərək, mühüm texnoloji dəstək göstərir. Qazaxıstan, Türkmənistan və Özbəkistan isə, regionda bərpa olunan enerjinin genişlənməsində və karbon emissiyalarının azaldılmasında Azərbaycanla sıx əməkdaşlıq edir. Bu ölkələrin ekoloji cəhətdən təmiz enerji layihələri və texnologiyalarının Azərbaycanda tətbiqi, regionda yaşıl enerjinin inkişafı üçün əhəmiyyətli bir addım olub.
Türkiyə və Mərkəzi Asiya ölkələrinin Azərbaycana verdiyi dəstək, həmçinin investisiyalar və texnoloji kömək ilə daha da güclənib. Məsələn, Türkiyə ilə imzalanan razılaşmalar əsasında Azərbaycanın günəş və külək enerjisi sahəsində birgə layihələr həyata keçirilir. Həmçinin, Qazaxıstan və Özbəkistan ilə bu sahədəki müştərək təşəbbüsləri də yüksək potensial yaradır. 

Türkiyə və Mərkəzi Asiya ölkələri Azərbaycanın ekoloji transformasiyasını dəstəkləyir…

COP29 sammitində Türkiyənin və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması sahəsindəki fəal iştirakı, qlobal səviyyədə ekoloji problemlərin həlli üçün mühüm çağırışları xüsusi bir əhəmiyyət daşıyır. Sammitdə Azərbaycanın yaşıl iqtisadiyyat və bərpa olunan enerji sahəsindəki təşəbbüsləri, həm regional, həm də beynəlxalq miqyasda geniş müzakirə olunur. Türkiyə və Mərkəzi Asiya ölkələri Azərbaycanın ekoloji transformasiyasını dəstəkləyərək, qlobal iqlim siyasətində daha güclü mövqe tutmağa çağırışlar edirlər. Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanla birgə çalışaraq, iqlim müzakirələrində daha çox iştirak etməyə və bu sahədə təcrübə mübadiləsi etməyə davamlı hala salacağını bəyan edir. Bu əməkdaşlıq ətraf mühitin qorunması ilə yanaşı, həm də sosial və iqtisadi inkişafın dah yüksək təmini üçün bir vasitədir. 

Əməkdaşlıq ətraf mühitin qorunması üçün güclü bir model yaradır

Azərbaycanın yaşıl enerji sahəsindəki irəliləyişlərinin dəstəkləməsi isə paralel olaraq qarşıdakı dövr üçün yeni təşəbbüslər mühitini yaradır. Bu çərçivədə, Azərbaycanın yaşıl enerji sektoruna yönəlmiş xarici investisiyaları artırması və yeni texnologiyaların tətbiqi istiqamətində müsbət addımların atılması zəruridir. Həmçinin, regiondakı digər ölkələr ilə, xüsusilə Şərqi Avropa və Orta Asiya ölkələri ilə, ekoloji və enerji sahələrində daha sıx əməkdaşlıq yaradılması üçün birgə forumların təşkil edilməsi, iqlim dəyişikliyi ilə mübarizənin daha səmərəli aparılmasına imkan yarada bilər. Bu əməkdaşlıq, həmçinin Azərbaycanın regional liderliyini gücləndirərək, onu yaşıl iqtisadiyyat və ekoloji innovasiyaların inkişafında öncül bir ölkə kimi fəaliyətinə xüsusi stimul qazandıracaq. 

Beləliklə, yaxın tərəfdaşlarımızın ortaya qoyduğumuz yaşıl gündəmə verdiyi dəstək, COP29-da fəal iştirak Azərbaycanın ekoloji və enerji transformasiyasının müsbət nəticələrə yönəlməsində böyük rol oynayır. Bu ölkələr arasında əməkdaşlıq, regionda bərpa olunan enerji və ətraf mühitin qorunması sahəsində güclü bir model imkanları yaradır və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsi, daha dayanıqlı və ekoloji təmiz bir gələcəyin qurulmasını şərtləndirir… 

P.İSMAYILOV

Избранный
15
yeniazerbaycan.com

1Источники