RU

İran ABŞ-la danışıqlarda hər şeyi edəcək... - Mühacirani

İran Tramp administrasiyası ilə birbaşa danışıqlar məsələsində öz maraqlarını təmin edən hər şeyi həyata keçirəcək.

Axar.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.

“Ölkənin maraqlarını, inqilab dəyərlərini müdafiə edən hər şey hökumət tərəfindən həyata keçiriləcək”, - o əlavə edib.

Qeyd edək ki, Tramp 2018-ci ildə ABŞ-ı nüvə sazişindən birtərəfli qaydada çıxarıb və İran iqtisadiyyatına ciddi təsir göstərən sanksiyaları yenidən tətbiq edib. Vaşinqton və Tehran arasında nüvə sazişini canlandırmaq məqsədilə dolayı danışıqlar ABŞ Prezidenti Co Baydenin administrasiyası dövründə başlayıb.

Избранный
30
axar.az

1Источники