RU

İlham Əliyev FIFA-nın prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirdi.

Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirildi.

Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olundu. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edildi.

Избранный
44
49
qafqazinfo.az

10Источники