RU

Azərbaycan klubları "Qalatasaray"ın keçmiş ulduzundan niyə imtina edib? (SƏBƏB)

"Qalatasaray"ın sabiq ulduzu Bafetimbi Qomis gələcəyi ilə bağlı qərar verib. Fransalı hücumçu peşəkar karyerasını başa vurub.

Afrika kökənli Qomis müxtəlif əcnəbi menecerlər tərəfindən Azərbaycanm klublarına təklif olunub. Bu görüşmələr 2024-cü ilin avqustundan başlayıb və oktyabrın ikinci yarısına kimi davam edib. Lakin Premyer Liqamızın 3 iştirakçısından heç biri qarşı tərəfin tələb etdiyi məbləği ödəmək istəməyib. Qomis 10 aya görə 800 min dollar maaş gözləntisi içində olub.

Bafetimbi Qomis "Sent-Etyen"in yetirməsidir. 39 yaşlı forvard karyerası ərzində "Trua", "Lion", "Suonsi", "Marsel", "Qalatasaray", "Əl-Hilal" və "Kavasaki"də çıxış edib.

Bu müddətdə meydana çıxdığı 795 rəsmi matçda 350 qol və 75 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində keçirdiyi 12 görüşdə 3 dəfə fərqlənib.

Qomis Türkiyə Super Liqası (2), Fransa Kuboku (1), Fransa Super Kuboku (1), Səudiyyə Ərəbistanı Liqası (3), Səudiyyə Ərəbistanı Kuboku (1), Asiya Çempionlar Liqası (2), Yaponiya Kuboku (1), Yaponiya Super Kubokunu (1) qazanıb, müxtəlif klubların heyətində 4 dəfə bombardir olub.
Избранный
4
4
qaynarinfo.az

5Источники