RU

"Co Bayden administrasiyası Zəngəzur dəhlizinə maraq göstərir"- Elxan Şahinoğlu

Co Bayden administrasiyası Orta və Zəngəzur dəhlizinə maraq göstərir və bu layihələrin reallaşmasını dəstəkləyirdi. Çünki bu dəhlizlər Rusiyadan yan keçir.

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a deyib.

Tramp administrasiyasının dəhliz məsələsində eyni siyasəti yürüdəcəyini söyləmək çətindir. Tramp seçkidə “ilk növbədə Amerika” şüarıyla qalib gəlib. Ağ Evin yeni sahibi bu şüara əsaslanaraq ABŞ-la Avropa ölkələri arasında ticarət əlaqələrinin həcminin artmasına çalışacaq. Orta və Zəngəzur dəhlizi isə Çin mallarının Avropaya nəqlini nəzərdə tutur. Bu baxımdan yeni administrasiyanın Azərbaycan keçən dəhlizlərə dəstək verəcəyini gözləmək çətindir. Azərbaycanın bu dəstəyə ehtiyacı yoxdur, yetər ki, əngəl yaratmasınlar. Vaşinqtonun dəhlizlərə marağının azalması İrəvanın işini çətinləşdirəcək. Çünki İrəvan Vaşinqtonun dəstəyinə arxalanaraq Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini neytrallaşdırmağa çalışırdı. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın dəhlizə nəzarət etməsini istəmirsə, bu məsələdə Azərbaycanla razılığa gəlməlidir. Donald Tramp siyasətdə biznes qaydalarına üstünlük verir, yəni o xərc tələb edən dövlətlərlə deyil, gəlir gətirməyə şərait yaradan dövlətlərlə əməkdaşlığa üstünlük verir. Ermənistan isə başdan ayağa xərcdir.

Избранный
14
3
news365.az

10Источники