RU

IRENA-nın baş direktoru: COP29 ən yüksək səviyyədə təşkil olunub

İlk növbədə, bu COP-u təşkil etdiyinə görə Azərbaycan rəhbərliyini təbrik etmək istərdim. Hər şey qüsursuz işləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera COP29 çərçivəsində keçirilən “Nazirlər dialoqu: Bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda çıxışı zamanı deyib.

“COP-da iştirakla bağlı müəyyən təcrübəm var. Məmnuniyyətlə bildirmək istəyirəm ki, COP29 konfransı ən yüksəksəviyyədə təşkil olunub”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayıb. Bu qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
22
yeniazerbaycan.com

1Источники