RU

İqlim dəyişikliyinin mənfi nəticələrinin dərindən hiss olunduğu ölkələr sırasındayıq - Ərdoğan

Biz iqlim dəyişikliyinin mənfi nəticələrinin dərindən hiss olunduğu ölkələr sırasındayıq.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 Lider Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, 2053-cü il hamımızın sıfır karbon emissiyasına çatacağımız bir il olacaq və bunun mümkün olması üçün biz yaşıl transformasiya və inkişaf üçün əsas sektorlarımızı formalaşdırırıq.

"Bu uğurlu təşkilata və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi xüsusilə təbrik edirəm. Biz 2024-2030-cu illəri əhatə edən iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma strategiyası fəaliyyət planlarımızı həyata keçirmişik. Birləşmiş Millətlər Təşkilatının 2026-cı il İqlim Dəyişikliyi Tərəflərinin 31-ci Konfransına ev sahibliyi etmək üçün namizədliyimizi elan etdik.Namizədliyimizi dəstəkləyən ölkələrə təşəkkür edirik. Bu mühüm zirvə görüşü münasibətilə əziz qardaşım İlham Əliyevi ürəkdən təbrik edirəm", - Ərdoğan bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
5
olaylar.az

10Источники