İsrail hakimiyyəti Qəzza zolağı ilə sərhəddə yeni keçid məntəqəsi açıb. Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yeni keçid məntəqəsi Fələstin anklavının mərkəzi hissəsinə yaxın Kisufim kəndi yaxınlığında yerləşir və Qəzzaya humanitar yardımın çatdırılması üçün nəzərdə tutulub. “Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və Qəzza zolağına yardımın çatdırılması üçün marşrutların həcmini və sayını artırmaq səyləri çərçivəsində bu gün, çərşənbə axşamı Kisufim sərhəd keçid məntəqəsi açılıb”, - məlumatda deyilir.