RU

Aİ 2030-cu ilə qədər “yaşıl hidrogen” istifadəsi ilə bağlı hədəflərini açıqlayıb

Avropa İttifaqı 2030-cu ilə qədər “yaşıl hidrogen” istifadəsini 20 milyon tona çatdırmağı hədəfləyir.

"Report" xəbər verir ki, bunu Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropada bu istehsal səviyyəsinə çatmaq mümkün olmayacaq: “Bunun üçün də "Yaşıl Enerji Dəhlizi"nin önəmi çox böyükdür. Biz Avropa Komissiyasını və maliyyə institutlarını "Yaşıl Enerji Dəhlizi layihəsini" dərindən araşdırmağa və layihəyə maliyyə dəstəyinin yollarını tapmağa təşviq edirik. Maliyyə institutlarından və Komissiyanın özündən geniş maliyyə töhfəmiz olması çox vacibdir. Biz əminik ki, əməkdaşlığımız "Yaşıl keçid” məqsədlərinə nail olmağa töhfə verəcək".

Macarıstan rəsmisi vurğulayıb ki, Bolqarıstan Azərbaycan-Gürcüstan-Avropa Qara dəniz” “yaşıl enerji” dəhlizi dəhlizinin (“Black Sea Energy”) yaradılması layihəsinin həyata keçirilməsi üçün ölkənin birgə müəssisədə iştirakını təsdiqləyib. O qeyd edib ki, onlar bunu dəstəkləyirlər.

Избранный
12
1
azpolitika.info

2Источники