RU

Eldar Əzizov: Güclü yağışlar nəticəsində yaranan problemlə bağlı cinaytət işi qaldırılıb

Bakı Şəhər İcra Hakimiyyətinin. Baçğşçısı Eldar Əzizov bu il oktyabrın 22-də güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması ilə baglı bildiribki, yağışlar nəticəsində kanalizasiya xətləri sel sularını götürə bilməyib.

Nəticədə Bakının Sabunçu rayonu ərazisində tuneldə iki nəfər suda boğularaq ölüb.

Əzizov bildirib ki, güclü yağışdan sonra Bakıda su keçidləri infrastrukturunun zəif yerlərini üzə çıxıb.

“Bakı şəhərinin kanalizasiya, su təchizat sistemi “AzərSu”yun balansındadır. Bu onların vəzifələridir. Tunellərə çatanda, Azər-Yol-Tiikintinin balansındadır. Amma buna baxmayaraq burada Bakı şəhər İcra Hakimiyyəti kooridinator kimi çıxış etməlidir. Biz özümüzü məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görürük ki, bir daha belə hadisələr olmasın”, o qeyd edib.

Eldar Əzizov keyfiyyətsiz tikinti işləri ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə sualının cavabında bildirib ki, son yağışlar zamanı baş verən hadisələrlə bağlı prokurorluqda cinayət işi açılıb.

“Hadisə baş verən tunel Dəmir Yolunun balansındadır. Təbii ki, indi prokurorluq tərəfindən istintaq aparılır. Yəqin nəticələri ilə bağlı məlumat verəcəklər”, o qeyd edib.

Избранный
33
turan.az

1Источники