RU

Qambiyalı nazir: Ən çox karbon emissiyasına səbəb olan ölkələri maliyyə dəstəyinə çağırırıq

COP iqlim dəyişikliyi ilə bağlı ən yüksək səviyyədə və ən çox iştirakçısı olan tədbirlərdən biridir. Ümid edirik ki, COP29 yeni kollektiv kəmiyyət hədəfləri üzrə razılıq əldə edilməsinə nail olacaq.

Bu sözləri Qambiyanın ətraf mühit, iqlim və təbii sərvətlər naziri Rohi Con AZƏRTAC-a özəl müsahibəsində deyib. Nazir COP29-da konsensus əldə olunmanın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, konfransın əsas məqsədi və mövzusu müxtəlif maraqları bir hədəfdə birləşdirməkdir ki, bu da asan deyil.

“COP zirvələri iqlim dəyişikliyi ilə bağlı ən yüksək səviyyədə və ən çox iştirak olunan tədbirlərdən biridir. Ümid edirik ki, COP29 yeni kollektiv kəmiyyət hədəfləri üzrə razılıq əldə olunmasına nail olacaq”,- deyə nazir qeyd edib.

R.Con Qambiyanın iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas olduğuna diqqət çəkib. “Qambiya kiçik iqtisadiyyata malik, az sənayeləşmiş və sahilyanı ölkədir. Bu səbəbdən dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliyi, o cümlədən yağıntıların dəyişməsi kimi hadisələrdən ciddi şəkildə təsirlənirik. 1.5 dərəcə hədəfinə cavab verən çox spesifik milli müəyyən edilmiş töhfəmiz (NDC) var, lakin maliyyə bizim üçün böyük çətinlik yaradır. Tarixən ən çox karbon emissiyasına səbəb olan ölkələri maliyyə dəstəyinə çağırırıq”, - deyə o əlavə edib.

Избранный
20
yeniazerbaycan.com

1Источники