RU

Azərbaycan dünyanın taleyinin həllinə böyük töhfə vermiş olur - ÖZƏL

"Ümumiyyətlə, dünya elə qurulub ki, bir qayda olaraq böyük dövlətlər, daha güclü dövlətlər, daha kiçiklərə öz iradəsini diktə etməyə çalışır və təbiidir ki, bu da nəticə etibarilə dünyada ədalətsizliyin baş alıb getməsinə səbəb olur". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Ona görə də kiçik dövlətlər bir qayda olaraq özlərinə alternativ yollar axtarırlar ki, sözlərini deyə bilsinlər, bu ədalətsizliyin aradan qaldırılması üçün nəsə edə bilsinlər. COP29 belə fürsətlərdən biridir. Burada dünyanın bütün dövlətləri iştirak edir, hər kəs üçün açıqdır. İstənilən dövlətin rəhbərindən tutmuş adi təmsilçisinə qədər gəlib burada iştirak edə, sözünü deyə bilər. Yəni Azərbaycan dövləti faktiki olaraq dünyanın taleyini həll edən bir platformaya çevrilib və burada hər kəs fikrini səsləndirə, ədalətsizliklərə diqqət çəkə bilər. Elə yeri gəlmişkən, Prezident İlham Əliyevin açılış nitqində çox maraqlı nüanslara toxunuldu. Onlardan biri də bu idi ki, özü Azərbaycandan 30 dəfədən də çox neft istehsal edən bir dövlət Azərbaycanı neft istehsalçısı kimi tənqid edir. Görürsünüzmü, yəni bu nə qədər ədalətsizlikdir. Bir dövlət özü təbiidir ki, Prezident orda ad çəkmədi, amma biz bilirik ki, bu, Amerika Birləşmiş Ştatlarıdır. Bilirsiz ki, Amerika Birləşmiş Ştatlarında müəyyən mərkəzlər, müəyyən qüvvələr Azərbaycanı neft istehsalçısı olduğu üçün tənqid edirlər. Halbuki Amerika Birləşmiş Ştatları Azərbaycandan 30 dəfə artıq neft istehsal edir və buna görə onu tənqid edən yoxdur. Yaxud da ki, BMT baş katibi Antonio Quterreş çıxışında maraqlı bir ifadə işlətdi. Dedi ki, problemləri varlılar yaradır, bunun qarşılığını isə kasıblar ödəməli olur. Həqiqətən də dünya bu cürdü, ədalətsizdir. Böyük dövlətlər, varlı dövlətlər problemlər yaradırlar, kiçik və kasıb dövlətlər də bunun əziyyətini çəkirlər. Bunun qarşılığında Quterreş bir fikir də səsləndirdi ki, araşdırmalara görə, dünya əhalisi arasında aparılan sorğulara görə sorğuda iştirak edənlərin 80%-dən çoxu iqlim dəyişmələri ilə bağlı narahatlığını ifadə edib, bundan çıxış yollarının axtarılması vacibliyini deyir. Bəs o yerdə qalan 20 % kimdir? Əlbəttə ki, 20 % dünyada bu problemləri yaradanlardır. Bax, vəziyyət bundan ibarətdir. Ona görə də Azərbaycan əslinə qalanda, sadəcə olaraq bu tədbirə ev sahibliyi etmir, onun bərabərində, həm də dünyanın taleyinin həllinə böyük töhfə vermiş olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
42
olaylar.az

1Источники