RU

COP29 çərçivəsində “Karbonsuzlaşdırma, qida sistemlərinin uyğunlaşdırılması və təbiətin bərpası 1.5°C yolunda” mövzusunda müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası çərçivəsində “Karbonsuzlaşdırma, qidasistemlərinin uyğunlaşdırılması və təbiətin bərpası 1.5°C yolunda”mövzusunda müzakirələr keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, BirləşmişƏrəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit naziri dr.Amna Al Dahak və Dünya Resursları İnstitutunun baş direktoru AniDasguptanın moderatorluq etdiyi müzakirələrdə Danimarkanın başnaziri Mette Frederiksen, Efiopiya prezidenti Taye Atske Selassie,Fici Respublikasının baş nazirinin müavini və maliyyə naziri BimanPrasad, FAO-nun Baş direktoru Qu Dongyu çıxış edərək torpaq və suresurslarından düzgün istifadənin iqlim dəyişikliyi ilə mübarizədəəsas amillərdən biri olduğunu vurğulayıblar.

Müzakirələrdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədoviqlimə dayanıqlı kənd təsərrüfatının inkişaf etdirilməsi və qidasistemlərinin transformasiyasına dair Azərbaycan hökumətinintəşəbbüsləri barədə iştirakçılara məlumat verib. İqlimdəyişikliyinin aqrar sektora da mənfi təsir etdiyini bildirən nazirsu resurslarının azlığı, torpaqların şoranlaşması problemlərininaradan qaldırılması üçün icra olunan dayanıqlı kənd təsərrüfatı, suidarəçiliyi və iqlimə uyğunlaşma strategiyaları barədə danışıb.

İştiraklçıları Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsühaqqında məlumatlandıran nazir Məcnun Məmmədov bildirib ki, butəşəbbüs, qlobal tərəfdaşları bir araya gətirməklə, iqlimə müsbəttəsir göstərən qida sistemləri üzrə investisiyaların təşviqi vəxüsusilə qadınlar və gənclər üçün daha güclü dəstəyin təminolunması məqsədi daşıyır.

Azərbaycanın kənd təsərrüfatı sektorunun iqlimə dayanıqlıinkişafında qlobal əməkdaşlığın əhəmiyyətini önə çəkən nazir qeydedib ki, ölkəmiz beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərəkdayanıqlı kənd təsərrüfatı praktikasının inkişafı və iqlimədayanıqlı gələcəyin təmin olunması prinsiplərinə sadiq qalır.

Tədbir iştirakçıları qida sistemlərinin transformasiyası, iqlimdəyişikliyinin aqrar sahəyə təsirini azaltmaq və məhsuldarlığıartırmaq üçün innovativ modellər və siyasətlər, karbonsuzlaşdırmavə təbiətin bərpası, torpaq istifadəsində dayanıqlı keçidlərə nailolmaq üçün strategiyalar, dayanıqlı torpaq istifadəsininmaliyyələşdirilməsi, kənd təsərrüfatı və qida sistemlərinintransformasiyası üçün maliyyə modelləri və digər aktual mövzularətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, COP29çərçivəsində keçirilən bu tədbir ərzaq təhlükəsizliyi, dayanıqlılıqvə təbiətin qorunması sahələrində ölkələr arasında əməkdaşlığıngenişləndirilməsi və iqlim dəyişikliklərinə qarşı qlobaltədbirlərin təşviqi baxımından müsbət nəticələrə səbəb olacaq.

COP29
COP29
COP29
COP29
COP29
COP29
Избранный
46
3
az.trend.az

4Источники