Bakı. Trend:
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb.
Bu barədə Trend-ə MədəniyyətNazirliyindən məlumat verilib.
Bildirilib ki, noyabrın 12-də Azərbaycan Respublikasınınmədəniyyət naziri Adil Kərimlinin COP29-la bağlı ölkəmizdə səfərdəolan Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova ilə ikitərəfligörüşü keçirilib.
Xanım naziri salamlayan Adil Kərimli ölkəmizdə keçirilən bumötəbər tədbirdə iştirak etdiyinə görə həmkarına təşəkkürünübildirib.
Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin səviyyəsiniyüksək qiymətləndirən nazir xüsusilə son illərdə bu sahədəəməkdaşlığın daha da möhkəmləndiyini diqqətə çatdırıb. Qeyd olunubki, iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrolsəfərlərinin təşkili, incəsənət təhsili sahəsində təcrübəmübadiləsi, sərgi, müsabiqə və festivallarda mütəmadi iştirakəlaqələrimizin dolğun mənzərəsini yaradır.
Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Azərbaycanın COP29kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinideyib, bu münasibətlə Bakıda olmasından məmnunluğunu dilə gətirib.Qonaq nazir də iki ölkənin mədəni əlaqələrinin perspektivləriniyüksək dəyərləndirib.
Adil Kərimli COP29-un mədəniyyət və ətraf mühit məsələləri iləbağlı gündəmi barədə məlumat verib. Qeyd edib ki, tədbirçərçivəsində mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə MədəniyyətNazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək. Görüşünməqsədi incəsənət və mədəni irsin iqlim fəaliyyəti gündəliyinədaxil edilməsi üçün beynəlxalq konsensusa nail olunmasıdır.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC)çərçivəsində Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə DostlarQrupu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinintəşkilatçılığı ilə ölkəmizin irəli sürdüyü “İqlim üçün mədəniyyət”(C4C) təşəbbüsünə həsr olunan sessiya və bu təşəbbüsün təqdimatı dakeçiriləcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparılıb.