RU

Belarusda prezidentliyə namizəd seçki yarışından geri çəkildi

Minsk Şəhər İcraiyyə Komitəsinin ideoloji iş və gənclərlə iş üzrə baş idarəsinin rəhbəri Olqa Çemodanova Belarusda prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Belarusun “İlk məlumat” telekanalı məlumat yayıb.

 

"Olqa Çemodanova prezident seçkiləri kampaniyasında iştirakını dayandırmaq qərarına gəlib", - mesajda deyilib.

 

Çemodanovanın qərarı ilə bağlı başqa təfərrüatlar verilməyib.

 

Həmin gün “Belarus Zabitlər İttifaqı” ictimai birliyinin Respublika Şurasının sədri Sergey Bobrikov Belarusda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyasında iştirakını dayandırmaq qərarını açıqlayıb. Bobrikovun sözlərinə görə, bu qərar onun üçün çətin olub.

 

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib . Prezidentliyə namizədlərin irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması noyabrın 7-dən dekabrın 6-sı daxil olmaqla keçirilir.

 

Məlumat verilib ki, respublikanın Mərkəzi Seçki Komissiyası dövlət başçısı vəzifəsinə namizədlərdən ibarət yeddi təşəbbüs qrupunu qeydə alıb. Digər məsələlərlə yanaşı, Mərkəzi Seçki Komissiyası Bobrikov və Çemodanovanın təşəbbüs qruplarını qeydə alıb.

 

İnci 

 

 

Избранный
16
sfera.az

1Источники