Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli hüquq mühafizə orqanlarındakı xidmətindən azad edilib.“BUTA TV” xəbər verir ki, bu barədə Gununsesi.info-ya məlumatlı mənbələr bildirib. Xəbərə görə, polis mayoru rütbəsində olan Murad Qulubəyli işdən azad edilməsi üçün qurum rəhbərliyinə özü raport yazıb. Qeyd edək ki, Murad Qulubəylinin hazırda hansı dövlət orqanında çalışdığı bilinmir.