RU

“Real”ın yetirməsi 19 yaşında karyerasını yekunlaşdırıb

Madrid “Real”ının yetirməsi Mark Kukalon karyerasını 19 yaşında bitirib.

İdman.biz xəbər verir ki, o, qərarını sosaial şəbəkə hesabında açıqlayıb.

Buna səbəb Kukalonun ciddi zədə alması olub. Mark 2022-ci ilin sentyabrında Gənclər Liqasının matçında zədələnib.

Relevo portalının məlumatına görə, ona çarpaz bağın yırtığı diaqnozu qoyulub, həmçinin əməliyyat zamanı bakteriya oynağa düşərək nadir bir infeksiya yaradıb. Bakteriyanın yaratdığı fəsadlar üzündən, ispan futbolçusu zədədən tam bərpa oluna bilməyib.

Qeyd edək ki, Mark Kukalon "Real" forması ilə gənclər Liqasında dörd oyun keçirib. 2024-cü ilin iyul ayından futbolçu sərbəst agent statusundadır.

İdman.biz

Избранный
40
7
idman.biz

8Источники